Korporativ satış

Ford Abşeron Mərkəzi korporativ satış sektoruna xüsusi diqqət ayırır və Müştərilərlə qarşılıqlı mənafeyə əsaslanan uzunmüddətli münasibətlərin qurulmasında maraqlıdır. Korporativ müştərilərə Ford alarkən fərdi şərtlər təklif edirik. Menecer hər zaman Sizə tələblərinizi və ümidlərinizi maksimal dərəcədə doğruldacaq avtomobil, həmçinin qısa müddətdə sərfəli şərtlər təklif etməyə hazırdır.

Avtomobil mərkəzindən fərdi təklif alın

Sizə fərdi təklif etməkdən şad olarıq. Zəhmət olmasa, sizi maraqlandıran modeli və avtomobil sayını, nəzərdə tutduğunuz şərtləri, həmçinin əlaqə nömrələrinizi qeyd edin. Mütəxəssisimiz sizinlə əlaqə saxlayıb istəklərinizi müzakirə edəcək və qarşılıqlı mənafeyə uyğun təklif hazırlayacaq.

Avtomobillərə xidmət
 
Avtomobilinizi işlətdiyiniz müddətdə texniki nöqsanların olmamasının Siz və biznesiniz üçün nə qədər vacib olduğunu bilirik. Ford avtomobillərinin yüksək etibarlılığı peşəkar servis xidməti ilə birləşdikdə avtomobilin texniki vəziyyəti barədə narahat olmağa, həmçinin xidmət üçün vaxtınızı və xərclərinizi planlaşdırmağa əsas qalmır.
“ Ford Abşeron Mərkəzi ”MMC avtomobil mərkəzi Korporativ müştərilərə servis xidmətlərində, ehtiyat hissələri və aksessuarların alınmasında endirimlər təklif etməyə hazırdır.
Ford avtomobillərini seçdiyiniz üçün sizə minnətdarıq və avtomobilləri alarkən xüsusi şərtlər təklif etməyə hazırıq.
 
 
Ford şirkətinin dileri kimi, biz aşağıdakı prinsiplərə görə cavabdehlik daşıyırıq:
 
 
  • Personalımız hər zaman sizi ofisimizdə qarşılamağa şad olacaq
  • Sizə həmişə tez və nəzakətli xidmət göstəriləcək
  • Avtosalona daxil olduğunuzda əməkdaşlarımız sizinlə birlikdə avtomobilə baxış keçirəcəklər və hər-hansı texniki problem müzakirə etməyə hazır olacaqlar
  • Təmir və ya istismarı seçməyinizdən əvvəl əməkdaşlarımız sizə mütləq qiymət təklifi təqdim edəcəklər
  • Siz hər zaman əvvəlcədən razılaşdırılmış zamandan təmir olunmuş avtomobili təhvil alacaqsınız
  • Biz mümkün olduğu qədər ziyarətinizi rahat etməyə çalışacayıq
  • Avtomobilinizi sizə təhvil vermədən əvvəl onu tam şəkildə yoxlayacağıq
  • Avtomobiliniz sizə hər zaman vəd olunan vaxtda təhvil veriləcək
  • Sizə yerinə yetirilən işlərin və hesab-fakturanın tam açıqlaması təqdim ediləcək
  • Əgər bunu lazım bilirsinizsə, sizə yol yürüşü yoxlaması imkanı yaradılacaq
  • İstismar zamanı avtomobilizin vəziyyət hər zaman yoxlanılacaq
  • Bizi ziyarət etdiyinizdən bir neçə gün sonra göstərilən xidmətlərinizin keyfiyyəti haqqında fikrinizi öyrənmək üçün sizinlə əlaqə saxlayacağıq



 
Savalan Rəkidə
Korporativ satış meneceri
 Telefon:
(+99412) 349 49 79