AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ FORD AVTOMOBİLİNƏ VERİLƏN ZƏMANƏTİN ŞƏRTLƏRİ VƏ ÖHDƏLİKLƏRİ:
Zəmanət öhdəliyini yerinə yetirir:
Ford avtomobillərinin rəsmi distribüteri. Bu səhifədə qeyd olunmuş zəmanət və öhdəliklər AR ərazisində yerinə yetiriləcəkdir.
Zəmanət öhdəliyi şamil olunur:
Zəmanət sertifikatı düzgün doldurulmuş Ford avtomobillərinə. Sizin avtomobilin sertifikatı verilmiş zəmanət və Servis kitabçasının üz qabığının arxa səhifəsində yerləşdirilmişdir. Avtomobil satışı zamanı Ford avtomobillərinin rəsmi distribüteri avtomobil haqqında olan bütün məlumatları sertifikatın müvafiq sütunlarına qeyd etməlidir. Zəmanət AR ərazisində baş idxalçı " Ford Abşeron Mərkəzi" şirkəti tərəfindən AR ərazisinə idxal olunan yeni Ford avtomobillərinə şamil olunur. Avtomobil AR ərazisində nəqliyyat vasitələrinə qoyulan tələblərə və normativ sənədlərə uyğun gəlməlidir.
Zəmanət təmini hüququna malikdir:
Ford avtomobilinin birinci və sonrakı sahibləri (əgər satış müəyyən olunmuş zəmanət müddəti kəsiyində baş verərsə).
Zəmanət öhdəliklərinin məzmunu:
«Zəmanətin xüsusi şərtlərində» qeyd olunan elementlər istisna olmaqla zəmanəti qüvvədə olan Ford avtomobillərində "Pulsuz" olaraq bütün nasazlıqlar, əgər bu ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gəlmişdirsə, aradan qaldırılır. Ford Abşeron mərkəzinin məhsulunun istifadəçilərinin qüvvədə olan qanunvericiliklə təyin edilmiş qanuni hüquqları və zəmanət öhdəliyi heç cür azaldıla bilməz.
Zəmanət öhdəliyi şamil olunur:
Azərbaycan Respublikası ərazisinə. Avtomobilə verilən 2 il zəmanət - məhdudiyyətsiz yürüşlə:
Sizin zəmanət sertifikatında qeyd olunduğu kimi Ford avtomobilinin zəmanət dövrü müddətində ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gələn bütün nasazlıqları Ford Abşeron mərkəzi "pulsuz" olaraq aradan qaldırmağa zəmanət verir («Zəmanətin xüsusi şərtləri»nə daxil edilən bəndlərin dəyişdirilməsi zəmanətlə nəzərdə tutulmayıb). Zəmanət avtomobil satıldığı gündən etibarən 2 il zəmanət - məhdudiyyətsiz yürüş ilə qüvvədə sayılır.