Ford Ranger

Ford Ranger

Ford Ranger

FORD RANGER

Çətinlikləri aşmaq üçün yaradılıb. Macəraya hazırdır. 

Əsl Pikap

Ailəniz, iş yoldaşlarınız və dostlarınız üçün... Ford Ranger-də hər kəsə yer var. Həmişəki kimi tutumludur və indi daha yaxşı təchiz olunub. Həm siz, həm də sərnişinləriniz daha rahat səyahət edəcəksiniz.

Videoya bax

Qalereya

Xüsusiyyətlər

Ford Eco Blue mühərriki

Bir sıra yeni nəsil dizel mühərriklərlə təchiz olunmuş Ford Ranger əvvəlkindən daha güclü, daha səmərəlidir və daha az emissiyaya malikdir. 213 PS-dək  at gücü və 500 Nm fırlanma anı təklif edən üç güc qurğusu sayəsində özünüzə uyğun ikiqat kabinli pikap tapacağınıza əmin olun.

Kruiz-kontrol

Adaptiv kruiz-kontrol texnologiyası ilə siz səyahət etmək istədiyiniz sürəti seçə bilərsiniz, sistem isə onun saxlanmasına nəzarət edəcək. Daxili radar yaxınlaşan bir avtomobili hiss edərsə, avtomobilinizi avtomatik olaraq yavaşladır. Yolu qaydasına saldıqdan sonra sistem əvvəlcədən təyin edilmiş sürətə qayıdacaq.

Kilidlənən pikap qutusu

Ranger-in pikap qutusuna standart avropalet, ticarət alətləri və ya həftəsonu kempinq gəzintisi üçün laızm olan hər şeyi sığdırmaq mümkündür. Burada da sizə yükünüzü təhlükəsiz şəkildə daşımağa yararlı, DIN standartlarına uyğun bir sıra xüsusiyyətlər təklif olunur: möhkəm bərkitmə qarmaqları, inteqrasiya olunmuş yük dayağı, xarici kəndir reylləri və s. Əlavə təhlükəsizlik və arxayınlıq üçün arxa qapını əl ilə açıb-bağlamaq mümkündür. 

Çəkmə qabiliyyəti

1 tondan çox ümumi yük və 3500 kq çəkmə qabiliyyəti ilə ən böyük tapşırıqların və çətinliklərin öhdəsindən gələ, ən böyük, ən qabaritli yükləri daşıya və çəkə bilərsiniz.

Parkinqdə kömək

Active Park Assist sizə Ranger-i parkinq yerlərinə rahat yerləşdirməyə kömək edəcək. Siz sadəcə düyməni basın, innovativ sistemin sensorları ölçüləri uyğun gələn yeri özü təyin edəcək. Sonra sistem sizi avtomatik istiqamətləndirəcək, siz sadəcə askelerator, ötürücünü və əyləci idarə etməlisiniz (bunun üçün ekrandakı təlimatlara və səs siqnallarına riayət etməyiniz kifayətdir). 

Komplektasiya və qiymətlər

Aşağıdakı linkə klik edərək komplektasiyanı yükləyə bilərsiniz